XƏBƏRLƏR Arxiv 1490 Çap et
13.04.2021 / Ekspedisiya xəbərləri Fiziologiya İnstitutunun əməkdaşı Xəzər dənizində aparılan monitorinqdə iştirak edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 31 mart - 9 aprel tarixlərində Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən  neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər keçirilib.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının kiçik elmi işçisi Fərhad Rüstəmov da həmin ekpedisiyada iştirak edib. Kür çayının mənsəbi yaxınlığında iki nöqtədən tral vasitəsilə tutulmuş balıqların bəzi toxumalarının biokimyəvi və histoloji analiz üçün nümunələri götürülüb. Balıq populyasiyalarının ekofizioloji vəziyyətinin öyrənilməsi və onlara ətraf mühitin təsirinin qiymətləndirilməsi üçün nəzərdə tutulan nümunələr canlı şəkildə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasına çatdırılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.