XƏBƏRLƏR Arxiv 2324 Çap et
22.04.2021 / Konfranslar, iclaslar Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Toplantını giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq akademik İradə Hüseynova Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının strukturunda fəaliyyət göstərən Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının işinin təşkili və onun müvafiq elm sahələri üzrə seksiyalarının formalaşdırılması prosesindən danışıb, Bölmə institutlarını Şuranın fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb. O, bu istiqamətdə görülən işlərin AMEA-da son dövrlərdə aparılan islahatlarla səsləşdiyinə diqqət çəkib.  

Sonra akademik İradə Hüseynova institutların mandatlarına, elmi işlərin spesifikliyinə uyğun olaraq aparılacaq struktur islahatları ilə bağlı tövsiyələrini verib.

Bölmə institutlarında elmlər və fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturaya növbəti qəbulla bağlı məsələnin müzakirəsi aparılıb. Akademik İradə Hüseynova elmi kadr hazırlığınnın hər iki səviyyəsində əldə edilmiş nailiyyətlər və mövcud problemlər haqqında danışıb. Yeni qəbul edilmiş doktorant və dissertantların siyahıları təsdiq edilib, dissertasiya mövzuları oxunaraq müzakirə olunub. Şuranın sədri dissertasiya mövzularına  Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasında da baxılacağına diqqət çəkib.

İclasın sonunda Bölmənin fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.