AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.e.d.,proffesor Seyfəddin Rzasoyun “Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.
Kitabda müəllifin 1986-cı ildə müdafiə etdiyi diplom işinin əsas mətni orijinalda olduğu kimi təqdim olunur. Əsərdə Azərbaycan - Oğuz mifologiyası, XII əsr intibah şəraitində Nizaminin mifoloji motivlərə müraciətinin nəzəri-estetik şərtləri və tarixi-etnik şəraiti, sənətkarın “Yeddi gözəl” poemasında təbiət və cəmiyyətin vəhdəti konsepsiyası, Bəhram və Oğuz ovçuluq kultu Bəkil, ictimai-əxlaqi ideya və əski əsatirlər, poemadakı “Xeyir və Şər” nağılında Azərbaycan - Oğuz əsatirlərindən istifadə, Bəhram şah və əski heyvandarlıq kultu ilə bağlı müdrik çoban kimi məsələlərdən bəhs olunur.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru fil.e.d., prof. Mürsəl Həkimov, rəyçisi fil.ü.f.d.,dos. İsrail Mustafayevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.