XƏBƏRLƏR Arxiv 1239 Çap et
18.05.2021 / Görüşlər Fiziologiya İnstitutunun şəhid ailələrinə dəstəyi davam edir

Vətən müharibəsinin şəhid ailələrinə dəstək olmaq məqsədilə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Vətən müharibəsində xüsusi rəşadət göstərmiş qəhrəmanlardan biri şəhid İlyasov Fərid İbad oğlu və şəhid Kəlbəliyev Mirkazım Firuz oğlunun ailələsini ziyarət edib.

Görüşdə ilk olaraq İnstitutun təşəbbüsü ilə hazırlanmış sovqat şəhid ailələrinə təqdim edilib. Daha sonra görüşdə iştirak edən İnstitut əməkdaşları şəhidin yaxınları ilə ətraflı söhbət aparıb, onların  qayğı və problemləri barədə danışıblar.

İnstitutun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova 44 günlük müharibə zamanı silahlı qüvvələrimiz erməni separatçılığını məğlub edərək göstərdikləri şücaətdən danışıb. Bildirib ki, şəhid və qazi ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Ancaq buna baxmayaraq hər bir vətəndaşın da borcu onların yanında olmaqdır. Fiziologiya İnstitutu isə istər müharibə dövründə, istərsə də sonrakı dövrdə bu cəsarətli insanların, onların ailələrinin yanında daim olacaq.

Sonda şəhid ailələrinin üzvləri onlara verilən bu yüksək münasibətdən razı qaldıqlarını bildiriblər.

Qeyd: AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu qazi və şəhid ailələrinə mənəvi və maddi dəstəyi davam etdirir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.