XƏBƏRLƏR Arxiv 1335 Çap et
17.05.2021 / Mühüm hadisələr Elmlə məşğul olmuş pensiyaçılara Prezident təqaüdü üçün tələb edilən sənədlər müəyyənləşib

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub. Bu təqaüdün verilməsi üçün əmək kitabçasının, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surətinin təqdim edilməsi tələb olunur.

nk.gov.az