XƏBƏRLƏR Arxiv 1473 Çap et
21.05.2021 / Konfranslar, iclaslar Dissertasiya şurasının növbəti iclası keçirilib

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdindəki FD 1.08 Dissertasiya şurasının növbəti onlayn iclası  keçirilib.

İclası İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova açıb. Bildirib ki, iclasda 2406.02 – “Biokimya” və 2411.01 – “Insan və heyvan fiziologiyası” ixtisaslarından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işləri barədə İşçi komissiyanın rəyi  dinləniləcək.

Daha sonra İşçi komissiyasının iştirakı ilə “Biokimya” və “İnsan və heyvan fiziologiyası” ixtisasları üzrə dissertasiya işlərinin mövzusunun aktuallığı, dissertasiya işində qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verilib. Əldə edilmiş elmi yeniliklər və onların elmi-praktiki əhəmiyyəti, dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısı diqqətə çatdırıb.

Sonda dissertasiya işləri haqqında İşçi komissiyasının komissiyanın rəyi dinlənilmiş və təklif olunan  opponentlərin namizədliyi müzakirə edilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.