AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı, “Ontogenezin biokimyası” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Rəşidovanın “Ontogenezdə ağ siçovulların beynində piruvatkinaza fermentinin aktivliyinə desimetr elektromaqnit dalğalarının təsir xüsusiyyətləri” (“Differential Effects of Decimetric Electromagnetic Microwaves on Pyruvate Kinase Activity in the Rat
Brain during Ontogenesis”) adlı məqaləsi “Web of Science” və s. beynəlxalq bazalarına daxil olan “J. Evolutionary Biochemistry and Physiology” impakt faktorlu jurnalda dərc olunub. Təqdim olunan iş stres şəraitlərdə yaşla əlaqədar olaraq beyində degenerativ xəstəliklərin yaranmasına səbəb olan enerji təminatı problemlərinin həll edilməsi, bəzi patoloji vəziyyətlərin korreksiyası, eləcə də müxtəlif intensivlikli elektromaqnit şüalanmalarının təsirinə qarşı orqanizmin reaksiyasının neyrofizioloji mexanizminin aydınlaşdırılması üçün əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.