XƏBƏRLƏR Arxiv 1498 Çap et
25.05.2021 / Konfranslar, iclaslar Magistr dissertasiya işinin ilkin müzakirəsi keçirilib

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun magistri Əmrahova Şəms Nazim qızının “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə “Epilepsiya modelində heyvanların və epileptik xəstələrin trombositlərində və zərdabında serotoninergik sistemin aktivliyinin tədqiqatı” adlı magistrlik dissertasiya işinin ilkin müdafiəsi keçirilib. Magistr Şəms Əmrahova iştirakçıları dissertasiyanın əsas nəticələri ilə tanış edib.

Təqdimatdan sonra Ş.Əmrahova iştirakçıların suallarını cavablandırıb. Sonda gənc tədqiqatçıya  təklif və tövsiyələr bildirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.