XƏBƏRLƏR Arxiv 1403 Çap et
27.05.2021 / Görüşlər Elm sərhəd tanimir

Gənc alim İlahə Rzayeva “ELM+”-da kimyəvi dərman bitkilərinin orqanizmə təsirindən danışıb.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun dissertantı, biologiya üzrə fəlsəfə doktoru İlahə Rzayeva Lider kanalında yayımlanan “ELM+” verilişinin qonağı olub.

 “Elm sərhəd tanımır” misraları ilə sözə başlayan verilişin aparıcısı Könül İbrahimova “Bitkilər aləminin tədqiqi, əhəmiyyəti və tətbiqi” mövzusu haqqında qısa məlumat verib. Bildirib ki, bitkilər aləminin Covid -19 və digər tüğyan edən xəstəlilərlə mübarizədə, immun sisteminin möhkəmləndirilməsində xüsusi əhəmiyyəti var. Vurğulayıb ki, Azərbaycanda bir çox bitkilərin müalicəvi xüsusiyyətləri zamanın sınağından uğurla çıxaraq, müasir elmi-texniki tərəqqi əsrində belə öz əhəmiyyətini itirməyib. Statistik məlumatlara əsaslanan K.İbrahimova belə xüsusiyyətə malik bitkilərin 1545 növlə təmsil olunduğunu, bunun isə Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3 %-ini təşkil etdiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan florasına aid olan bir çox dərman bitkilərinin yeni təsirlərini öyrəndiyini deyən İ.Rzayeva kapsul formalı dərmanların insan orqanizminə ziyanından danışıb. O birdirib ki, insan orqanizmində bir çox pataloji proseslər baş verir. Orqanizm mübarizə apara bilmirsə ətraf mühitdən dəstək alır ki, bunlar da kimyəvi dərmanlardır: “Bitkilərdən alınan mikroelementlərin hesabına biz problemlərin qarşısını alırıq. Bitkilər əks təsiri olmayan preparatlardır ki, insan orqanizmində istifadəsi çox faydalıdır”.

İ.Rzayeva onu da qeyd edib ki, dərman bitkilərindən hazırlanan və tibbdə istifadə olunan yağlar insan orqanizminə müsbət təsir göstərir. Xüsusən soyuq pres aparatı ilə bitkilərdən alınan dərman vasitələrinin üstünlüyündan danışan alim bu yağların heç kim kimyəvi və termik təsiri olmadığını söyləyib.

Verilişin tam variantına https://www.youtube.com/watch?v=YYichTKbyRo baxa bilərsiniz.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.