XƏBƏRLƏR Arxiv 1403 Çap et
26.05.2021 / Görüşlər Dinozavrların həməsrləri – nərə balıqları

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rafiq Qasımov “ELM+” verilişinin qonağı olub.

Həyat və fəaliyyəti haqqında danışan professor akademik Abdulla Qarayevin həyatında böyük rolu olduğunu bildirib: “Azərbaycan Dövlət Darülfünunda (Azərbaycan Dövlət Unuversiteti) biologiya fakultəsində təhsil alırdım. Bir gün dəhlizdə qarşılaşdıq. Çağırdı dedi ki, ərizə yaz, mənim yanımda laborant işləməlisən. Mən A.Qarayevin laboratoriyasında laborant kimi işlədim və bu iş mənə sonrakı fəaliyyətimdə də çox kömək oldu”.

Lelinqrada aldığı təhsil dövründən danışan professor apardığı tədqiqatlar zamanı nərə balıqları haqqında bir çox yeni faktlarla qarşılaşdığını bildirib. Nərə balıqlarının dinozavrların həməsrləri olduğunu söyləyən alim nərə balıqlarının 300 milyon il əvvəl yaşadığını, bu balıqların insan kimi orta yaşının təxminən 70 il olduğunu açıqlayıb.

Professor, təbii və zavod şəraitində böyümüş nərəkimilərin müxtəlif növlərinin ontogenezin ayrı-ayrı mərhələlərində davranışının müqayisəli öyrənilməsindən də söz açıb. Bildirib ki, müxtəlif dövrlərdə apardığı elmi tədqiqatlar nəticəsində nərə balıqlarının zavod şəraitində çoxaldılması və böyüdülməsi üçün optimal mühit şəraitinin müəyyən edilməsi və neft, neft məhsullarının balıqların fizioloji funksiyalarına təsiri böyükdür.

https://www.youtube.com/watch?v=5aNVaqTywhU 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.