AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova və institutun kitabxana müdiri Gülnarə Tanrıverdiyeva AMEA-nın Mərkəzi elmi kitabxanasında təşkil edilən dəyirmi masada iştirak ediblər.
Görüş haqqında təəssüratlarını bölüşən K.İbrahimova “Pandemiya şəraitində elmi tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda keçirilən dəyirmi masanı yüksək qiymətləndirib. Bildirib ki, Fiziologiya İnstitutu müasir tələblərə cavab verən kitabxana fondunun qurulması istiqamətində Mərkəzi elmi kitabxana ilə birgə əməkdaşlıq edir. Yeni yaradılacaq fond tematik, ixtisaslaşmış, metodiki və digər məlumat bazaları əsasında mərkəzləşdirilmiş qaydada formalaşdırılacaq. K.İbrahimova müasir elmin araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması və onlardan effektiv istifadənin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.