XƏBƏRLƏR Arxiv 1448 Çap et
04.06.2021 / Mühüm hadisələr Azərbaycan jurnalistləri Kəlbəcər rayonunda minaya düşərək həlak olublar

Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi olan bu hadisə nəticəsində həlak olanların ailələrinə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik!

 

Azərbaycan Milli Elmlər Akademiyası (science.gov.az)