XƏBƏRLƏR Arxiv 1460 Çap et
08.06.2021 / Konfranslar, iclaslar Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarına həsr olunmuş konfrans elmi ictimaiyyətdə böyük maraq doğurdu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Qarabağ torpaqlarını 44 günlük müharibə ilə erməni işğalçılarından azad etdi. Bununla da Qarabağ regionunda ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin elmi əsaslı monitorinqi, azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin, torpaq və su ehtiyatlarının, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatlar aktuallaşdı.

20-21 may 2021-ci il tarixlərdə Azərbaycan Milli Elmlər Akademiyasında “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda keçirilən onlayn konfrans məhz həmin aktuallığı, eləcə də müvafiq fəaliyyətlərlə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi, əldə edilmiş ilkin nəticələrin elmi ictimaiyyətə çatdırılması üçün bu sahədə çalışan alim və mütəxəsissləri vahid virtual məkanda topladı.

Konfransın nüfuzlu alimlərdən ibarət olan təşkilat komitəsinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova idi.

Akademik Ramiz Mehdiyevin giriş nitqi ilə başlayan tədbirin açılış mərasimində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova çıxış etdilər.

Akademik R.Mehdiyevin açılış mərasimindəki nitqində qeyd olunduğu kimi, bu gün cənab Prezidentin sarsılmaz iradəsi və liderliyi ilə Qarabağ torpaqlarında yeni müasir infrastrukturun qurulması, smart kənd və şəhərlərin yaradılması, müxtəlif təsərrüfat sahələrinin təşəkkülü, “yaşıl” iqtisadiyyatın tətbiqi, tarixi, dini, mədəni abidələrin bərpası işinə artıq başlanılmışdır. Növbəti mərhələlərdə isə illərlə yurd-yuvasından didərgin düşmüş azərbaycanlı əhalinin Qarabağa qayıdışı, məskunlaşması və bu torpaqlarda milli tarixin, mədəni irsin yeni səhifələrinin yazılması mümkün olacaqdır.

AMEA rəhbəri öz çıxışında Qarabağ bölgəsinin insan resursları, iqlimi, landşaftı, flora və fauna müxtəlifliyi, bərəkətli torpaqları, şəfalı suları ilə həmişə seçildiyini qeyd etmişdir: “Ən qədim insan məskənlərindən olan Azıx mağarasının, eləcə də bir neçə min illik təsərrüfatçılıq mədəniyyətini, dövlətçilik ənənələrini əks etdirən arxeoloji qazıntı yerlərinin, antik memarlıq nümunələrinin, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin mövcudluğu bu bölgənin çoxşaxəli multidissiplinar tədqiqatlar üçün dəyərini daha da artırır”.

Hə­lə Və­tən mü­ha­ri­bə­si­nin ge­di­şin­də və qə­lə­bə­miz­dən son­ra­kı ay­lar­da Qa­ra­ba­ğın təd­qi­qi ilə bağ­lı bü­tün mə­sə­lə­lər Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sın­da res­pub­li­ka­nın el­mi ic­ti­ma­iy­yə­ti­nin ge­niş iş­ti­ra­kı ilə hər­tə­rəf­li mü­za­ki­rə edil­miş və mü­va­fiq qə­rar­lar qə­bul olun­muş­dur. Bun­lar­dan ən mü­hü­mü AMEA Rə­ya­sət He­yə­ti­nin “Azər­bay­ca­nın iş­ğal­dan azad edil­miş əra­zi­lə­ri­nə da­ir el­mi təd­qi­qat iş­lə­ri ilə bağ­lı AMEA-nın və­zi­fələri haq­qın­da Fəa­liy­yət proq­ra­mı və Təd­bir­lər pla­nı haq­qın­da” 12 yan­var 2021-ci il ta­rix­li qə­rarı­dır. Bu qə­ra­ra 14 bənd­dən iba­rət “Azər­bay­ca­nın iş­ğal­dan azad edil­miş əra­zi­lə­rin­də apa­rı­la­caq el­mi təd­qi­qat iş­lə­ri, elm­tu­tum­lu bər­pa və qu­ru­cu­luq la­yi­hə­ləri üz­rə AMEA-nın Fəa­liy­yət Proq­ra­mı” və 90 bənd­dən iba­rət “Azər­bay­ca­nın iş­ğal­dan azad edil­miş əra­zi­lə­ri­nə da­ir el­mi təd­qi­qat iş­lə­ri ilə bağ­lı AMEA-nın və­zi­fə­lə­ri haq­qın­da Təd­bir­lər Pla­nı” da­xil­dir. Öl­kə­də el­min əla­qə­lən­di­ri­ci­si olan Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı ilə ya­na­şı, hə­min qə­ra­rın ic­ra­sı­na, həm­çi­nin Azər­bay­can Res­pub­li­ka­sı­nın İq­ti­sa­diy­yat Na­zir­li­yi, Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər Na­zir­li­yi, Kənd Tə­sər­rü­fa­tı Na­zir­li­yi, Təh­sil Na­zir­li­yi, Mə­də­niy­yət Na­zir­li­yi, Nəq­liy­yat, Ra­bi­tə və Yük­sək Tex­no­lo­gi­ya­lar Na­zir­li­yi, Föv­qə­la­də Hal­lar Na­zir­li­yi və di­gər döv­lət or­qan­la­rı­nın mü­va­fiq struk­tur­la­rı­nın da cəlb olun­ma­sı nə­zər­də tu­tu­lur.

Sə­nə­də əsasən, re­gi­on­da el­mi, el­mi-is­teh­sa­lat qu­rum­la­rı­nın təş­ki­li, təh­sil sis­te­mi­nin ya­ra­dıl­ma­sı və for­ma­laş­dı­rıl­ma­sı­na dəs­tək gös­tə­ril­mə­si ilk təd­bir­lər­dən ol­ma­lı­dır. Çox təq­di­rə­la­yiq hal­dır ki, qeyd edi­lən qə­ra­rın əsas hə­dəf­lə­ri Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən “Qa­ra­ba­ğın bio­müx­tə­lif­li­yi, tor­paq və su eh­ti­yat­la­rı: keç­mi­şi, bu­gü­nü və gə­lə­cə­yi” möv­zu­sun­da on­layn konf­ran­sın is­ti­qa­mət­lə­ri sı­ra­sı­na da­xil edil­miş­dir. 

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilmiş ərazilərdə aparılmış ilkin monitorinqlərə görə 10 minlərlə hektar meşə sahəsinin talan olunduğunu, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə ciddi ziyan vurulduğunu və 100-dən çox təbiət abidəsinin məqsədli şəkildə məhv edildiyini qeyd etmişdir.

Nazir Qarabağ zonasının su resurslarından istifadə məsələsinin əhəmiyyətini də vurğulamışdır: “Buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı vardır. 30 illik fasilədən sonra su ehtiyatlarının qiymətləndirilməsi, o cümlədən qarölçmə fəaliyyətimiz bərpa olunmuşdur. İşğal nəticəsində infrastrukturu sıradan çıxarılmış hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomat sistemlərinin tətbiqi ilə müşahidələrin bərpası planlaşdırılır”.

Məlumdur ki, hazırda alim və mütəxəssislərimiz peyk məlumatları əsasında faktiki əkin yerlərinin, çoxillik intensiv bağların xəritə üzərində vektorlaşdırılması işini aparırlar. Bu işlər azad edilmiş ərazilərin torpaq və su ehtiyatları ilə bağlı məlumatları dəqiqləşdirməyə, görüləcək işləri düzgün planlaşdırmağa imkan verəcək.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovun sözləri ilə desək, Qarabağ bölgəsi zəngin su və torpaq ehtiyatlarına malikdir, ərazilərin torpaq-iqlim şəraiti, əlverişli su təminatı və coğrafi mövqeyi kənd təsərrüfatının inkişafına imkan verir. Azad edilmiş ərazilərdə aqrar sahənin inkişafına bölgənin kompleks şəkildə yenidən qurulmasının tərkib hissəsi kimi baxmaq zəruridir. Bu proses ən müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məntəqələrinin salınması və məskunlaşma ilə paralel aparılacaqdır. Bu səbəbdən, azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması “Ağıllı kənd” layihəsinin tərkib hissəsi sayılır.

Konfrans, həm də Qarabağın biomüxtəlifliyini, torpaq və su ehtiyatlarını yenidən öyrənmək, bərpa və inkişaf etdirmək istiqamətində Azərbaycan elminin üzərinə düşən mühüm vəzifələrin öhdəsindən gəlmək, növbəti işləri planlaşdırmaq və həyata keçirmək üçün tədqiqatçılarımızı bir araya toplamaqda irəliyə doğru atılmış ciddi bir addım oldu.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova konfransa təqdim olunmuş 118 tezisin əsasən keçmişdə, Sovetlər dönəmində aparılmış tədqiqatlar və son illərin peyk çəkilişləri, eləcə də regiona alimlərimizin son dövrlərdə etdikləri azsaylı, ərazi cəhətdən məhdud xarakter daşıyan səfərləri əsasında, ehtimal xarakterli proqnozlar verməklə yazıldığını, bəzi tezislərin son aylar ərzində regionda aparılmış real monitorinqlərin nəticələrini əks etdirdiyini qeyd etmişdir.

Bu materialların müəllifləri respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələrini, o cümlədən AMEA-nı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin elmi müəssisələrini, Azərbaycan Respublikası Energetika Nazirliyini, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini, Azərbaycan Texniki Universitetini, Gəncə Dövlət Universitetini, Azərbaycan Tibb Universitetini və digər təşkilatları təmsil edirdilər.

Konfransın bağlanış mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin elmi-praktiki əhəmiyyətini və siyasi baxımdan vacibliyini vurğulamışdır. O, Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarına həsr olunmuş bu konfransı işğaldan azad edilmiş ərazilərlə bağlı aparılacaq tədqiqatların başlanğıcı kimi qiymətləndirmişdir: “AMEA-nın ölkənin müvafiq qurumları ilə eyni mövqedən çıxış edərək Qarabağla bağlı multidissiplinar elmi problemlərin həllinə nail olacağına əminik”.

Konfransa yekun vuran AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Qarabağın azad olunması, eləcə də bu ərazilərin yenidən tədqiqi üçün imkanların yaradılmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.

Tədbirin elmi fikirlərin mübadiləsi baxımından əhəmiyyətli olduğunu söyləyən AMEA-nın vitse-prezidenti azad olunmuş ərazilərlə bağlı elmi proqramların hazırlanmasının, Genetik Ehtiyatlar İnstitutunun Ağdərə rayonunda yerləşən, ermənilər tərəfindən məhv edilmiş Qarabağ Elmi Tədqiqat Bazasının bərpası istiqamətində işlərin görülməsinin zəruriliyinə toxunub. Akademik qeyd edib ki, konfrans Azərbaycan alimləri qarşısında ciddi məsələlər ortaya qoyub, bu ərazilərdə təbiət abidələrimizi, qoruq və yasaqlıqlarımızı, kənd təsərrüfatımızı bərpa etmək üçün tədqiqatlar aparılmasının əhəmiyyətini aşkara çıxarıb.

Akademik İradə Hüseynova Qarabağ bölgəsi ilə bağlı hərtərəfli multidissiplinar tədqiqatların uğurla aparılacağına əminliyini ifadə edib, pandemiyaya qalib gəlməklə, növbəti, daha mötəbər, beynəlxalq iştiraklı konfransın Şuşa şəhərində təşkil ediləcəyinə inamlı olduğunu bildirib.

Konfransda təqdim olunan digər məruzə və çıxışlarda Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ ərazisinin ən müxtəlif problemlərinin araşdırılması ilə bağlı həyata keçiriləcək layihələrdən, ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün aparılacaq monitorinqlərdən, bu bölgənin biomüxtəlifliyinin bərpası istiqamətində görüləcək işlərdən bəhs edilmişdir.

Tədbir, həmçinin işğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları, işğaldan azad olunmuş ərazilərdə ekoloji terror və böyük qayıdışın ekoloji aspektləri, bu ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, həmin ərazilər üçün “yaşıl enerji zonası” konsepsiyası, biomüxtəlifliyin qorunması, siyasi, hüquqi və mədəni-etik yanaşmalar və digər əhəmiyyətli, multidissiplinar problemlərə həsr olunmuş məruzələrlə yadda qaldı.

İki gün ərzində “Qarabağın faunası, herontoloji tədqiqatlar, ekoturizm”, “Qarabağın torpaq və su ehtiyatları, yaşıl iqtisadiyyat”, “Qarabağın təbii florası, bitkiliyi, meşə və otlaq ekosistemləri” və “Qarabağın genetik ehtiyatları və ərzaq təhlükəsizliyi” paralel bölmələri üzrə 16 plenar, 46 seksiya məruzəsi böyük maraqla qarşılandı.

İnanırıq ki, “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda keçirilən konfransın materialları elmi ictimaiyyətin müvafiq məsələlərlə bağlı daha geniş müzakirələrinə rəvac verəcək, yeni dövr üçün məqsədlərin seçilməsinə, tədqiqat planlarının hazırlanmasına və həyata keçirilməsinə, regionun resurslarının effektiv istifadəsi üzrə təkliflərin işlənilməsinə yardım edəcəkdir.

Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant