XƏBƏRLƏR Arxiv 1491 Çap et
10.06.2021 / Yeni nəşrlər Fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçirilib

AMEA-nın  akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.08 Dissertasiya Şurasının pandemiyadan sonrakı ilk iclası  keçirilib.

İnstitutun direktoru b.e.d., prof. Ulduz Həşimovanın sədrliyi altında online formatda baş tutan iclasda Azərbaycan Tibb  Universitetinin  dissertantı Məlikova Nigar Vəli qızının 2406.02 - “Biokimya” ixtisasından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Metabolik sindrom fonunda gedən müxtəlif mənşəli ürək-damar sistemi xəstəlikləri zamanı qanın biokimyəvi göstəricilərinin müqayisəli tədqiqi” mövzusunda dissertasiya işi müdafiə olunub.

Müasir dövrdə geniş yayılmış insan xəstəliyinin biokimyəvi aspektlərinə həsr olunmuş dissertasiya işinin nəticələri Müdafiə Şurasının üzvlərində böyük maraq doğurmuş, onların çoxsaylı sualları iddiaçı tərəfindən peşəkar səviyyədə cavablandırılmışdır. Dissertasiya işi Fiziologiya İnstitutundan, Azərbaycan Tibb Universitetindən və digər təşkilatlardan olan Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və sonda gizli elektron səsvermə yolu ilə iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması bir səslə qəbul edilib.

Qeyd edək ki, müdafiə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Fəlsəfə doktoru dissertasiyalarının müzakirəsinin keçirilməsi qayadaları” və “Karantin dövründə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müzakirə, seminar və müdafiəsinin keçirilmə qaydaları”na uyğun formada təşkil edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.