XƏBƏRLƏR Arxiv 1397 Çap et
11.06.2021 / Konfranslar, iclaslar Professor U.F.Həşimova beynəlxalq konqresdə iştirak edib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Ahıl insanların sağlamlığına multidissiplinar yanaşma” Milli Türk Geriatriya 2021 konqresində iştirak edib. Online formatda keçirilən forumda o, “Azərbaycanda herontoloji tədqiqatlar: hazırki vəziyyəti  və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Konqres zamanı “Azərbaycanın uzunömürlülük xəritəsi”ni” nümayiş etdirən professor qeyd edib ki, 90+ yaşlı insanlar dünyanın bütün ölkələrində rast gəlinir, lakin uzunömürlüyün qrup və ya populyasiya fenomeni yalnız bir neçə ölkədə  müşahidə olunur ki, onlardan biri də bizim ölkəmizdir. Ulduz Həşimova Fiziologiya İnstitutu tərəfindən sağlam qocalmanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı Respublikada ən yüksək uzunömürlülük indeksi ilə fərqlənən regionların dağlıq və dağətəyi ərazilərə təsadüf etdiyini vurğulayıb. Bildirilib ki, 2016-cı ildə Azərbaycanda əhalinin siyahıya alınmasının nəticələrinə görə vaxtilə Qarabağ zonasında yaşayan, sonra isə köçkün həyatı sürən insanlar arasında uzunömürlük potensialı yüksək olaraq qalıb. Uzunömürlülüyün irsiyyətlə bağlılığına toxunan alim, sağlam həyat tərzi, təmiz ekoloji mühit, düzgün qidalanma və s. kimi amillərlə yanaşı yaşama müddətinin “kodlaşdırılmasında” genetik faktorun rolunu diqqətə çatdırmışdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.