AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın iclasında II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Elmi Şuranın sədri, Fiziologiya İnstitutun elmi işlər üzrə direktor müavini, f.-r.e.d., professor Əhməd Hacıyevin sədrliyi ilə keçən iclasda “İnsan və heyvan fiziologiyası”, “Onurğalıların zoologiyası”, “Mikrobiologiya” və “Biofizika” ixtisaslaşmaları üzrə 4 dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Magistrantlar AMEA-nın Fiziologiya, Zoologiya, Mikrobiologiya və Biofizika institutlarından Elmi Şuranın tərkibinə daxil olan mütəxəssislərin çoxsaylı suallarını cavablandırıblar.
Sonda səsvermə keçirilib və dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.