XƏBƏRLƏR Arxiv 1405 Çap et
10.06.2021 / Yeni nəşrlər Akademik İradə Hüseynova “Kaspi” qəzetinə müsahibə verib

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Kaspi” qəzetinə Qarabağın endemik flora və faunasına dair müsahibə verib.

44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunduğunu deyən akademik sözügedən ərazilərin endemik flora və faunasının 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən ekoloji terrora məruz qaldığını bildirib.

Akademik İradə Hüseynova bu gün Azərbaycan elminin qarşısında Qarabağın bioloji müxtəlifliyinin, təbii ehtiyatlarının öyrənilməsi və kənd təsərrüfatının bərpası istiqamətində mühüm vəzifələrin dayandığını deyib və həmin problemləri həll etmək üçün ərazidə intensiv araşdırmaların aparılmasının zəruriliyinə toxunub.

Qarabağın bitkilərinin, eləcə də heyvanlar aləminin zənginliyi və müxtəlifliyi ilə seçildiyini bildirən AMEA-nın vitse-prezidenti ərazidəki 140-a yaxın bitkinin bir çoxunun, həmçinin 4 növ məməli, 8 növ quş, 3 növ suda-quruda yaşayan və sürünənlərin, o cümlədən yarasaların nadir növlərinin və s.-in “Qırmızı kitab”a salındığını vurğulayıb.

Müsahibənin tam variantını saytımızın rus dili bölməsindən və “Kaspi” qəzetindən oxuya bilərsiniz.