XƏBƏRLƏR Arxiv 1390 Çap et
15.06.2021 / Konfranslar, iclaslar “15 iyun - Milli Qurtuluş günü”nə həsr edilmiş onlayn konfrans keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Gənc alim və mütəxəssislər Şurasının “15 İyun - Milli Qurtuluş Günü”nə həsr edilmiş onlayn konfrans keçirilib.

Tədbirdə Fiziologiya İnstitutunun və  Azərbaycan Tibb Universitetinin alim, professor heyəti, gənc alim və mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnstitutun Gənc alim və mütəxəssislər Şurasının sədri Nərmin Bağırova bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.

İnstitutun “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının kiçik elmi işçisi Əliyeva Rəvanə öz çıxışında Ümummilli Liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, milli-mənəvi və dini dəyərlər sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar haqqında ətraflı məlumat verib.

Sonda “15 iyun – Milli Qurtuluş günüdür” adlı sənədli filmi nümayiş etdirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.