XƏBƏRLƏR Arxiv 1474 Çap et
23.06.2021 / Konfranslar, iclaslar Elmi şuranın iclası keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra Elmi şuranın iclasında institutun strukturuna uyğun olaraq  şöbələrin və ona daxil olan laboratoriyaların  2021-ci ilin I yarımilliyi  üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinin hesabatları dinlənilib.

Təqdim olunan hesabatların qənaətbəxş olduğu, alınan elmi nəticələrin beynəlxalq miqyasda tanınması üçün xarici nəşrlərin artırılmasına diqqət  yetirilməsinin vacibliyi qeyd edildi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.