XƏBƏRLƏR Arxiv 1358 Çap et
25.06.2021 / Konfranslar, iclaslar Fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçirilib

AMEA-nın  akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.08 Dissertasiya Şurasının  növbəti iclası  keçirilib.

İnstitutun direktoru, Dissertasiya Şurasının   sədri b.e.d., prof. Ulduz Həşimovanın sədrliyi altında onlayn formatda baş tutan iclasda dissertant Lətifova Nuranə Fazil qızının 2406.02 - “Biokimya” ixtisasından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Diabet mənşəli qlomerulopatiyaların bəzi patobiokimyəvi xüsusiyyətləri”mövzusunda dissertasiya işi müdafiə olunub.

Müasir dövrdə geniş yayılmış şəkərli diabet fonunda inkişaf edən qlomerulopatiyalar və böyrəklərin xronik xəstəliyi zamanı müxtəlif biokimyəvi göstəricilərin  tədqiqinə həsr olunmuş dissertasiya işinin nəticələri Dissertasiya Şurasının üzvlərində böyük maraq doğurmuş, onların çoxsaylı sualları iddiaçı tərəfindən peşəkar səviyyədə cavablandırılmışdır. Dissertasiya işi Fiziologiya İnstitutundan, Azərbaycan Tibb Universitetindən və digər təşkilatlardan olan Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və sonda gizli elektron səsvermənin müsbət nəticəsi əsasında iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması bir səslə qəbul edilib.

Qeyd edək ki, müdafiə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair”  tələblərə uyğun formada təşkil edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.