XƏBƏRLƏR Arxiv 1387 Çap et
12.07.2021 / Maraqlı məlumatlar Alimlər bədxassəli şişlərin metastaz verməsinin qarşısını almağın effektiv üsulunu tapıblar

Alimlər şiş hüceyrələrinin qana düşməsi və bədənin başqa hissələrinə yayılmasının qarşısını almağa kömək edən xüsusi zülalı müəyyən ediblər.

“Biz aşkar etdik ki, TRPM7 zülalı qanda axan mayenin təzyiqini fiksasiya edir və hüceyrələrin damar sistem üzrə yayılmasını dayandırır”, - deyə Con Hopkins Universitetində kimya və biomolekulyar mühəndislik sahəsində fəlsəfə doktoru və tədqiqatın aparıcı müəllifi Kaustav Bera bildirib.

Alimlər aşkar ediblər ki, metastatik şiş hüceyrələri bu sensor zülalın səviyyəsini gözə çarpacaq dərəcədə azaldır. Bu onlara qana daxil olmağa imkan verirdi.

“Science Advances” jurnalında dərc edilmiş tədqiqatda alimlər göstəriblər ki, şiş hüceyrələrində TRPM7 ekspressiyasının süni artımı bu prosesi dayandırmağa kömək edə, başqa sözlə metastaz vermənin qarşısını ala bilər.

Aztibb.az