AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda giriş sözü ilə çıxış edən institutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Daha sonra Elmi şuranın iclasında institutun 2020-ci il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə qəbul planına uyğun olaraq qəbul edilmiş doktorant və dissertantların fərdi iş planları geniş müzakirə olunmuş, şura üzvlərinin bu barədə fikir və təklifləri dinlənilmişdir.
Təqdim olunan fərdi iş planları yekdilliklə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.