Beynəlxalq Kosmik Stansiya köhnəlmiş avadanlıqlara görə təmiredilməz problemlərlə üzləşə bilər.
Bu barədə Beynəlxalq Kosmik Stansiyanın Rusiya bölməsinin aparıcı şirkəti sayılan “Energia”nın baş mühəndisi Vladimir Solovyov deyib.
O bildirib ki, stansiyanın səthində kiçik çatlar da aşkarlanıb:
“Bu çatlar Rusiyanın stansiyadakı ən köhnə karqo modulu olan “Zarya”da tapılıb. Bu da müəyyən vaxtdan sonra problemlər yarada bilər. 1998-ci ildə orbitə buraxılan modul bir müddət sonra anbar olaraq istifadə edilib. Bundan başqa, stansiyanın Rusiya seqmentindəki uçuş sistemlərinin ən az 80 faizi köhnəlmiş vəziyyətdədir”.