XƏBƏRLƏR Arxiv 1281 Çap et
14.09.2021 / Mühüm hadisələr Gənc alimlər bitkilərdə virus xəstəliklərinin aşkarlanmasına dair monitorinq keçiriblər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Nərgiz Sultanova və həmin laboratoriyanın kiçik elmi işçisi Nərgiz Bayramova Şamaxı və Salyan rayonlarında elmi ezamiyyətdə olublar.

Ekspedisiyanın əsas məqsədi bu rayonlarda sahə və istixana şəraitində becərilən bəzi tərəvəz (bibər, badımcan, tomat və s.) bitkilərində və sahələrdə becərilən bostan bitkilərində (qarpız, yemiş, boranı və s.) yayılan virus xəstəliklərinin vaxtında aşkarlanması və diaqnostikası olub. Bu məqsədlə kontrol kimi yarpaqlarında xəstəlik əlaməti olmayan bitkilərdən və həmçinin virus patogenezi əlamətlərinə malik olan bitkilərdən nümunələr toplanıb.

 

www.science.az