XƏBƏRLƏR Arxiv 1077 Çap et
22.09.2021 / Mühüm hadisələr Fiziologiya İnstitutunda qəbul imtahanı keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 2020/2021-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib. “İnsan və heyvan fiziologiyası” ixtisasından imtahan xüsusi karantin rejiminin tələbləri gözlənilməklə tes üsulunda həyata keçirilib.

İnstitutun İmtahan komissiyasının və AMEA Rəyasəti Heyəti Təhsil şöbəsi nümayəndələrinin iştirakı ilə keçirilən imtahan uğurla başa çatıb.

Qəbul imtahanında iştirak etmiş Məlikova Günay İlyas qızı yüksək nəticə toplayaraq imtahanı keçmiş hesab olundu.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.