XƏBƏRLƏR Arxiv 1077 Çap et
24.09.2021 / Mühüm hadisələr Şəhid və qazilərimizi tanıyaq və tanıdaq!

İnstitut əməkdaşları şəhid ailələri və qazilərlə görüş keçirib.

Vətən müharibəsi döyüşləri zamanı şəhid olan hərbiçilərin ailələri, eləcə də yaralanan qazilər institut rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Bu diqqət və qayğının nəticəsi olaraq da torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş, yaralanmış əsgər və zabitlərimizin ailələri mütəmadi olaraq"Şəhid və qazilərimizi tanıyaq və tanıdaq" silsiləsindən evlərində ziyarət edilir, şəhid və qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırırlar.

Keçirilən silsilə tədbirlərin davamı olaraq 24.09.2021-ci il tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu tərəfindən I Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək həlak olmuş 6, eləcə də Vətən müharibəsində canını qurban verən Məmmədli kəndindən olan 1 şəhidin ailəsi və 7 vətən müharibəsi qazisi ziyarət olunub, onlara ərzaq bağlamaları çatdırılıb.

Missiyanın üzərinə götürən Vətən müharibəsində iştirak etmiş, institutun əməkdaşı qazi Vəliyev Arzuman özü də Abşeron rayon sakinidir. Vəliyev Arzumanın iştirakı ilə Abşeron rayon ərazisində yaşayan qazi və şəhid ailələri ilə görüşlərdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açılıb.

Sonda şəhid ailələri və qazilərin arzu və təklifləri dinlənilib, istəklərinə uyğun olaraq müvafiq tədbirlər görülməsi haqqında fikirlər səslənib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.