AMEA-nın Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Azad Həmkarlar İttifaqının sədr və üzvlərinin təşkilatcılığı ilə “Rich Palace” şadlıq sarayında dünya müsəlmanlarının müqəddəs Ramazan bayramına və 1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi Gününə özəl olaraq daun və autizm sindromli uşaqlar üçün möhtəşəm bayram şənliyi keçirilib.Tədbirin keçirilməsində məqsəd uşaqlarda ikiqat bayram əhval-ruhiyyəsi yaratmaq, onlara göstərilən diqqət və qayğını əyani olaraq göstərmək idi.
Yüksək səviyyədə təşkil olunmuş şənlik həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb. Tədbirdə uşaqlar üçün müəyyən olunmuş viktorinalar, oyunlar onların daha da əylənməsi üçün əlavə stimul olub. Eyni zamanda uşaqlara hədiyyələr paylanmaqla, hər zaman yaddaşlarında yaşadacaqları bir gün yaşadılıb. Tədbiri öz şux mahnıları ilə daha da təravətləndirən müğənnilər xalq ulduzu Anar Nəbiyev, Tural Mehdi, şair Baba Vəziroğlu oldu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.