XƏBƏRLƏR Arxiv 1489 Çap et
23.09.2021 / Konfranslar, iclaslar Elmi şuranın onlayn iclası keçirilib

Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda  Elmi Şuranın onlayn iclası keçirilib.

İclası institutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova açaraq, yeni iş ilinin başlanması münasibətilə əməkdaşları təbrik edib, işlərində uğurlar arzulayıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. 2021-ci ilin qəbul planına uyğun olaraq  akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda  “Elmlər doktoru” hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul və mövzuların  təsdiqi  haqqında müzakirələr aparılıb, mövzular qənaətbəxş hesab edilib.

İclasda  2021-ci il üçün  elmi-təşkilati fəaliyyətə dair hesabatlara hazırlıqlar müzakirə edildi, icrası vacib olan məsələlər haqqında tapşırıqlar verildi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.