XƏBƏRLƏR Arxiv 1117 Çap et
27.09.2021 / Mühüm hadisələr 27 sentyabr - Anım Günü

27.09.2020-ci il tarixdən bugünədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən VƏTƏN MÜHARİBƏSİ zamanı AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə mütamadi olaraq hərbçilərə yardım kompaniyaları həyata keçirilib.

Füzuli- Cəbrayıl- Zəngilan-Qubadlı-Laçın- Şuşa-Kəlbəcər şəhər və rayonlarında, eləcə də Hadrut-Suqovuşan qəsəbələrində, Talış kənd və Murovdağ silsiləsində olan hərbi hissələrin şəxsi heyətinə göndərilən yardımların toplanmasında Fiziologiya İnstitutunun kollektivi də fəal iştirak ediblər.

Xüsusi olaraq qeyd etmək istəyirik ki, VƏTƏN MÜHARİBƏSİ-nin ilk günlərindən ainstitit rəhbərliyi tərəfindən ilkin olaraq 3 min manat dəyərində dərman vasitələri alınmış və hərbi qospitala göndərilmişdir.

Müharibənin bitməsinə baxmayaraq  rəhbərlik və kollektivinin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə edilən səfərlər zamanı mütamadi olaraq dərman və digər ləvazimatlar alınıb göndərilir.

Ümumilikdə isə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı və dəstəyi ilə 27.09.2020-ci il tarixdən bugünədək 27 min manat civarında müxtəlif bağlamalar, qida və isti geyim, əsgərlərin gündəlik istifadəsi üçün nəzərdə tutulan alətlər, tütün məmulatları və digər lazımi təlabatları ödəyən ləvazimatlar ön cəhbədə xidmət edən hərbçilərə çatırılmışdır.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Əldə olunan bu tarixi uğurlar bütün Azərbaycan cəmiyyətində olduğu kimi AMEA-nın institutlarının və müvafiq strukturlarının qarşısına yeni vəzifələr qoyub.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun  və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə şəhid və imkansız ailələr, əlil və müharibə veteranları, eləcə də onların övladları üçün Görədil kəndində ödənişsiz ingilis dili kursu təşkil olunmuşdur.

Layihənin məqsədi şəhid ailələri, əlillər və imkansız ailələrin övladlarının xarici dil biliklərinə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdır.

Dərslər həftədə iki dəfə 3 ay müddətində keçirilib və kursları bitirənlərə sertifikat verilib.

27.09.2021-ci il tarixində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun  və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Abşeron rayonunun Məmmədli qəsəbəsində şəhid və imkansız ailələr, əlil və müharibə veteranları, eləcə də onların övladları üçün ödənişsiz ingilis dili  və kompyuter kursları təşkil olunacaq.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı ilə qazilər və şəhid ailəsi üzvlərinin müayinə və müalicəsi üçündə  zəruri addımlar atılıb. Beləki, institut rəhbərliyinin təşəbbüsü ilə 4 qazi və iki şəhid ailəsinin müayinə və müalicəsi üçün maddi yardım göstərilmişdir.

Şəhid ailələri və müharibə iştirakçılarına yardım tədbirləri çərçivəsində həm maddi təminatının yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı ilə qazilərimizin müalicəsi, müayinəsi üçün  maddi yardım ayrılmışdır. Həmçinin Xüsusi Təyinatlı şəhid İlyas Fəridovun adına tikilən bulağın inşasında, eləcə də Şəhid kapitan Anar Heydərovun adına Şamaxı şəhərində inşa edilən bulağın tamamlanması üçün maddi yardım edilmis, Şəhid Anar Heydərovun ailəsinin istəyi ilə həyat yoldaşının işlə təmin olunmasına köməklik edilmişdir. Bütün bunlarla yanaşı hazırda 2 qazinin işlə təmin olunması üçün müraciət olunmuş və məsələnin müsbət həllinə nail olunmuşdur.

Xüsusi qeyd etmək lazımdır ki, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun  və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Görədil kəndində  torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsinə ağacəkmə aksiyası keçirilib. Şəhid hərbçilərin xatirəsinə təşkil edilən aksiyada I Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək həlak olmuş 201, eləcə də Vətən müharibəsində canlarını qurban verən Abşerondan olan 89 şəhidin hər birinin adına şam ağacı əkilib, xatirələri bir daha yad edilib.

Hazırda 44 günlük vətən müharibəsinin il dönümü və şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə 44 ağaçın əkilməsi, eləcə də 20 imkansız şəhid ailəsi üçün ərzaq paylarının verilməsi nəzərdə tutulub. Həmçinin Fiziologiya İnstitutu tərəfindən  bir qazi müayinəyə göndərilmiş, bir qazinin isə qaziliyinin təyini üçün 27 sentyabr tarixində xəstəxanaya göndərilməsi nəzərdə tutulub.

Nəzərdə tutulan tədbirlər çərçivəsində İşğaldan azad olunmuş rayonlarımızın kitab fondunun yenidən bərpa olunması üçün akademiyanın əməkdaşları tərəfindən kitab aksiyası keçirilməsinə başlanılıb və artıq ilkin olaraq 2500 kitab toplanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında Anım Gününün Təsis edilməsi haqqında Azxərbaycan Respublikası Prezidentinin Sərancamı” ilə əlaqədar şəhid ailələri, qazilərlə görüşlər keçirilir. Fiziologiya institutun əməkdaşları Prezidentin çağırışına hər zaman hazır olub və bu çağırışla əlaqədar 44 günlük vətən müharibəsində Cənab Prezident tərəfindən 4 müxtəlif medalla təltif olunmuş qazi Vəliyev Arzumanla institut rəhbərliyi görüş keçirib. Görüş zamanı onun Vətən müharibəsi haqqında fikirləri dinlənilmiş, qeyd edilmişdir ki, o günlərin ağrısı, acısı nə qədər ağır olsa da qələbənin zəfərlə bitməsini, bu günki yaşadığımız sevinci qazilərə, şəhidlərə, şəhid analarına borcluyuq. Sonda isə müraciətə əsasən Vəliyev Arzuman AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya institutunda işlə təmin edildi.

 

AMEA-nın   akademik    Abdulla   Qarayev   adına

Fiziologiya İnstitutunun direktor müavini 

İbrahimova  Könül