XƏBƏRLƏR Arxiv 1275 Çap et
04.10.2021 / Mühüm hadisələr Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələrində təhsil alan I kurs magistrantların birgə mühazirələri keçirilib

Oktyabrın 4-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) müəssisələrində “Biologiya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının “Biologiyanın tarixi və metodologiyası” və “Biologiyanın müasir problemləri” ixtisaslaşma fənləri üzrə birgə mühazirələri keçirilib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutan mühazirələrdə bu müəssisədən 10 magistrant (“Molekulyar biologiya” ixtisaslaşması üzrə 3, “Biokimya” üzrə 3, “Biotexnologiya” üzrə 3 magistrant), Genetik Ehtiyatlar İnstitutundan 6 magistrant (“Genetika” ixtisaslaşması üzrə 3, “İnsan genetikası” üzrə 3),  Mikrobiologiya İnstitutundan 3 magistrant (“Mikrobiologiya” ixtisaslaşması üzrə) və Botanika İnstitutundan 3 magistrant (“Botanika” ixtisaslaşması üzrə) iştirak edib.

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova dərslərin gedişatı ilə tanış olub.

Qeyd etmək lazımdır ki, AMEA-nın magistraturasında ümumi ixtisas fənlərin birgə tədris olunması ilk dəfə həyata keçirilir. “Biologiyanın tarixi və metodologiyası” kursu AMEA-nın müxbir üzvü İbrahim Əzizov tərəfindən tədris olunur. “Biologiyanın müasir problemləri” fənninin isə BTEB-in müxtəlif institutlarından olan aparıcı alimlər tərəfindən tədris edilməsi nəzərdə tutulub.

 

science.az