XƏBƏRLƏR Arxiv 1069 Çap et
05.10.2021 / Mühüm hadisələr Şəhid Rauf Süleymanovun şəxsi əşyaları Tarix Muzeyinə təqdim edilib

Vətən müharibəsi şəhidi Rauf Süleymanovun şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Rauf Süleymanov 1987-ci ildə Neftçala rayonunda anadan olub. 2007-ci ildə Bərdə rayonunda Daxili Qoşunlarda hərbi xidmət keçib. 2011-ci ildən Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmətini davam etdirib. 2019-cu ildə Türkiyədə atış üzrə təlim keçib və yüksək dərəcəli sertifikatla təltif olunub. O, 2020-ci ildə baş gizir olub.

Vətən müharibəsində düşmənə qarşı mərdliklə döyüşən Rauf Süleymanov oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

www.science.gov.az