AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının əməkdaşları, elmi işçilər Lalə Aydınlı, Turanə İsgəndərova və doktorant Sabinə Ömərova AR Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyədə olublar.
Ezamiyyə zamanı EİF-ETL-2(36)-16/15/3-M-15 qrant lahiyəsi çərçivəsində tədqiqatları davam etdirmək məqsədilə süni iqlim kameralarında yetişdirmək üçün beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA-dan introduksiya olunmuş yumşaq buğda genotiplərinin toxumlarından nümunələr gətirilib.
Eyni zamanda Qobustan BTS-nin əməkdaşları ilə gələcək tədqiqat işləri müzakirə edilib, rayonun 1 saylı məktəbinin peşəyönümlü tələbələri ilə görüş keçirilib.
science.az