XƏBƏRLƏR Arxiv 1318 Çap et
19.10.2021 / Maraqlı məlumatlar Yaşlanmaya qarşı yeni dərman hazırlanıb

İngiltərənin Lester Universitetində yaşlanmaya qarşı yeni nəsil dərman hazırlanıb.

Bu barədə “Scientific Reports” nəşrində məqalə dərc olunub. Məqalədə bildirilir ki, bu dərman ilk dəfə olaraq insan orqanizminin yalnız qocalan hüceyrələrini sıradan çıxararaq adi hüceyrələrə təsir etmir. Yeni məhlulda qocalan hüceyrələr üçün zəhərli maddələr və anticisimlər var. Bu birləşmə bir növ “ağıllı bomba” kimi təsir edərək qocalan hüceyrələri ayıraraq məhv etmək, adi hüceyrələrə isə təsir etməmək iqtidarındadır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, yaxın vaxtlarda klinik sınaqları gözlənilən yeni dərmanın yaşlanmaya qarşı inqilab yaradacağı güman edilir.

aztibb.az