XƏBƏRLƏR Arxiv 3823 Çap et
05.02.2018 / Mühüm hadisələr Fiziologiya İnstitutu meşə ehtiyatlarının qorunması ilə bağlı aksiya keçirir

     Hal-hazırda dünya miqyasında insanlar kağız məhsullarına tələbatın artması səbəbindən kağızdan səmərəsiz istifadə problemindən narahatdırlar.  Kağız istehsalı üçün meşə sənayesi emal olunmuş  ağacın qırx faizini istifadə edir. Onun çox  hissəsi  böyük ekoloji dəyərə malik  meşələrin və  cavan ağacların kəsilməsindən əldə olunur.

     Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının   akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu  kağızın əsassız istifadəsi probleminə diqqəti cəlb etmək, tullantı kağızının toplanması və təkrar emala verilməsi,  təbii sərvətlərin qorunmasının  təbliğinə  yönəlmiş aksiya təşkil edib. Aksiyanın təşəbbüskarlarının  fikrinə əsasən  hər birimiz kağız istehlakının azaldılmasına şəxsi töhfə verməklə  insanın ətraf mühitə təsirini bir az azalda bilərik. Tədbirin təşkilatçıları  çox vacib olmayan sənədləri “istifadə edilmiş”  (artıq bir tərəfində yazılmış) kağızlarda çap etməyi məsləhət görür; mümkün olduqda, təkrar istifadə edilə bilən materiallardan hazırlanmış kağızdan istifadə etməyi; gigiyenik kağızdan (kağız mətbəx dəsmalları, kağız əl dəsmalları və s.) daha az istifadəni, onu yuyula bilən məhsullar ilə  əvəz etməyi; daha çox elektron informasiya daşıyıcılarından istifadəni və s.  tövsiyə edirlər.

     Tədbirin gözlənilən nəticəsi  vətəndaşlarda   kağızın qənaətlə və səmərəli  istifadəsi vərdişlərinin formalaşmasından ibarətdir ki, bu da   meşə ehtiyatlarının  qorunmasına gətirib çıxaracaqdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.