XƏBƏRLƏR Arxiv 1262 Çap et
01.10.2021 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun əməkdaşı Qazaxıstanda keçirilən "Şipajay-2021" beynəlxalq elmi-praktik forumda iştirak edib

01 oktyabr 2021-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində onlayn "Şipajay-2021" beynəlxalq elmi-praktik forumu keçirilib.

Qazaxıstan Respublikası Prezdenti İşlər İdarəsinin Tibb Mərkəzi və Səhiyyə Nazirliyinin birgə dəstəyi ilə keçirilən tədbirdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunu "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Şükürova təmsil edib.

"Zoom" platforması ilə baş tutan onlayn konfransda "Тəbii müalicə faktorları və onların mənbələri. Tibb və kurort işlərində ən son təbii məhsulların istifadəsi perspektivləri" mövzusunda məruzə ilə çıxış edən P.Şükürova Fiziologiya İnstitutunda Azərbaycanın unikal milli sərvəti olan Naftalan neftinin bioloji effektlərinin öyrənilməsi üzrə aparılan tədqiqatlardan bəhs edib. Məruzəçi qeyd edib ki, bu gün tibbi reabilitasiya və sanatoriya-kurort sektorunda geniş tətbiq olunan müalicə-profilaktika metodlarının, o cümlədən Naftalan neftinin kurort-reabilitasiya industriyasında istifadəsi uzun illər aparılan elmi biliklərə əsaslanır. O, həmçinin vurğulayıb ki, bu unikal balneoloji faktorun müalicəvi təsirinin müasir üsullardan istifadə etməklə daha dərindən öyrənilməsini zəruri edir.

Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.