XƏBƏRLƏR Arxiv 1310 Çap et
21.10.2021 / Maraqlı məlumatlar Günəşin sönməsindən sonra salamat qalan nəhəng ekzoplanet aşkarlanıb

Elm adamları Yerdən 6500 işıq ili uzaq məsafədə, "Süd yolu"unun mərkəzində yerləşən ekzoplanet aşkarlayıblar.

Planet ciddi bir fəlakətdən öz Günəşinin sönməsindən sonra salamat qalıb.

Havaydakı "Keck" rəsədxanasının dəstəyi ilə bir qrup mütəxəssis, günəşin məhv olmasından sonra salamat qalan nəhəng bir ekzoplanetin kəşf edildiyini elan edib. Planet sönən ulduzundan təxminən 420 milyon kilometr aralıda yerləşərək, Yupiterdən 1,4 dəfə böyükdür.

İndi mütəxəssislər həvəslə bu gözəl və yeni dünyanı araşdırmaq üçün yeni fürsətlər tapmağa çalışırlar.

Qeyd edək ki, Yer kürəsinin "qidalandığı" Günəşdə də bir neçə milyard il ərzində hidrogen tükəndiyi zaman, öz cazibə qüvvəsinin təsiri altında onun nüvəsi büzülməyə başlayacaq və bu nəhəng ulduzun xarici təbəqələri genişlənəcək. Beləcə tədricən Günəş şişməyə başlayacaq və sonda "qırmızı nəhəng"ə çevriləcək. Təxminən bir milyard il sonra isə, hər gün tamaşa etdiyimiz bu ulduzumuz ağ karlikə çevriləcək, bir neçə milyard il də mövcud olduqdan sonra tamamilə sönəcək.

azvision.az