Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının əməkdaşları və Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Qonaqları muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov qarşılayıb.
Nümayəndələr səfər çərçivəsində H.Z.Tağıyevin ev muzeyi və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanış olublar.
Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə edilib.
www.science.gov.az