XƏBƏRLƏR Arxiv 1061 Çap et
03.11.2021 / Maraqlı məlumatlar Təhsildə robot müəllimlərdən istifadə olunacaq

“İndi hər bir tələbə üçün fərdiləşdirilmiş, həmin tələbənin meyllərini, uğurlu və uğursuz problemlərini izləyə bilən, tələbənin ən səmərəli şəkildə öyrənməsini təmin etmək üçün prosesi optimallaşdıra bilən sistemlərin istifadəsi üçün gələcəkdə mühüm bir imkana sahib olacağıq”.

Bu barədə türkiyəli professor Dr. Emin Erkan Korkmaz deyib. O bildirib ki, robot müəllimlər tələbələrlə ünsiyyətdə mühüm rol oynayacaq.

Professor vurğulayıb ki, süni intellekt üsul və texnologiyalarından istifadə edilərək tibb, əczaçılıq və maliyyə, o cümlədən mühəndislik kimi müxtəlif sahələrdə çox uğurlu tətbiqlər inkişaf etdirilir. Bu texnologiya və tətbiqlərin gündəlik həyatın mühüm bir hissəsinə çevrildiyini bildirən Korkmaz, süni intellekt texnologiyalarının təhsil sahəsində əhəmiyyətinin daha da artacağını vurğulayıb.

 

unikal.org