XƏBƏRLƏR Arxiv 2795 Çap et
20.07.2019 / Maraqlı məlumatlar Fiziologiya İnstitutu xeyriyyə tədbiri keçirib

20 iyul 2019-cu il tarixində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyasının kiçik elmi işçisi, Həmkarlar İttifaqının üzvü Gülnarə Hüseynova tərəfindən leykemiyadan əziyyət çəkən, nitq qüsurlu və yerimə məhdudiyyətli uşaqlara yardım məqsədi ilə xeyriyyə tədbiri keçirilib. Gülnarə Hüseynova bildirib ki, xeyriyyə tədbirini keçirməkdə məqsəd, uşaqlara və ailələrinə leykemiya ilə mübarizədə tək olmadıqlarını göstərmək və eyni zamanda  körpələri maarifləndirməkdir.

Tədbirə dəvət olunan qonaqlar arasında Birləşmiş Dünya Azərbaycan Təşkilatının sədri, xeyriyyəçilər iştirak ediblər. Əyləncə dolu xeyriyyə tədbirində gənc ifaçılar, şən klounlar uşaqlara xoş dəqiqələr bəxş ediblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.