XƏBƏRLƏR Arxiv 1338 Çap et
16.11.2021 / Maraqlı məlumatlar Koronavirusun yeni ştamlarına dair anticisim testi yaradılıb

Koronavirusun bütün yeni ştamları ilə bağlı anticisim miqdarını müəyyənləşdirmək üçün test hazırlanıb.

Yeni test barmaqdan götürülən bir damcı qana əsasən 10 dəqiqə ərzində aparılır və cavab verilir.

ABŞ və Sinqapur tədqiqatçıları tərəfindən hazırlanmış yeni test koronavirusun üst qatındakı zülalların parçaları olduğu məhlula hopdurulmuş kağız zolağının test edilən şəxsin qanı ilə islanmasıdır. Həmçinin koronavirusun hüceyrənin membranına sızmasında əsas rola malik ACE2 zülalı daxil olan işıldayan maddədən də istifadə olunur.

Test edilən qanda anticisimlər olduğu halda ACE2 zülalı koronavirusun üst qatı ilə birləşməyəcək. Nəticədə kağız üzərində daha az rəngli maddə çökəcək və bununla da qandakı anticisimlərin miqdarına dair dürüst qənaətə gəlmək mümkündür.

aztibb.az