XƏBƏRLƏR Arxiv 1269 Çap et
01.12.2021 / Mühüm hadisələr İnstitut laboratoriyalarının 2021-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn-hesabat iclası keçirilib

04-29 noyabr 2021-ci il tarixlərində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən laboratoriyaların 2021-ci ildəki elmi – təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn - hesabat iclasları  keçirilib.

“ZOOM” platforması üzərindən baş tutan iclasları İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova açaraq laboratoriyalara uğurlar arzulayıb və hesabatını təqdim etmək üçün məruzəçilərə söz verib.

Hesabat iclaslarında “Kliniki neyrofiziologiya”, “Təbii mənşəli heroprotektorların farmakologiyası”, “Ontogenezin biokimyası”, “İnteqrativ fəaliyyətin molekulyar əsasları” , “Mühit amilləri və analizatorların formalaşması”, “Neyrofiziologiya”, “Ekotoksikologiya”, “Hüceyrənin morfofunksional plastikliyi”, “Uzunömürlülüyün fiziologiyası”, “Hüceyrə metabolizminin fiziologiyası”, “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyalarının və “Görmənin fiziologiyası” yaradıcı qrupunun 2021-ci il üçün elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

Çıxış üçün söz verilən laboratoriya rəhbərləri və icraçılar cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat veriblər.

Sonda hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib və laboratoriyaların 2021-ci il üçün illik hesabatları qəbul edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.