XƏBƏRLƏR Arxiv 1280 Çap et
21.12.2021 / Mühüm hadisələr Fiziologiya İnstitutunda “Biokimya” ixtisası üzrə imtahan keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 2406.02 “Biokimya” ixtisasından doktorluq minimum imtahanı keçirilib.  Xüsusi karantin rejiminin tələbləri gözlənilməklə keçiriliən imtahanda institutun “Biokimya” ixtisası üzrə təhsil alan dissertantı Quliyeva Aynur Teymur qızı iştirak edib.

Doktorluq imtahanının keçirilməsi qaydalarına uyğun olaraq İnstitutda imtahan komissiyası yaradılıb. Komissiya üzvləri və AMEA Rəyasət Heyəti Təhsil İdarəsinin doktorantura sektorunun nümayəndəsi imtahanda iştirak ediblər.

Qeyd edək ki, imtahanda AMEA Rəyasət Heyətinin ixtisas fənni üzrə imtahanı üçün təsdiq edilmiş bilet sualları təqdim edilmişdir. 2 saat müddətində 4 sualı yazılı və 30 dəqiqə ərzində 1 sualı şifahi (dissertasiya mövzusuna aid) formada cavablandıran namizədin nəticəsi “əla” qiymətləndirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.