Rusiya xəstəxanaları koronavirusa yoluxanları yerli dərman “Мир-19” ilə müalicə edəcək.
Dərman sınaq zamanı müsbət nəticələr verib. Rusiyanın Səhiyyə Nazirliyi “Мир-19” adlı dərmanı təsdiqləyib.
Bununla bağlı açıqlamada bildirilir ki, dərman adi terapiyadan daha effektivdir və virusun istənilən ştamına qarşı kömək edir.
Qeyd olunur ki, dərmanı yalnız xəstəxanada olan xəstələr əldə edə bilsə də, gələcəkdə “Мир-19”un apteklərdə satışına icazə verilə bilər.
“Мир-19” Federal Tibbi və Bioloji Agentlik (FMBA) tərəfindən hazırlanıb. Dərman inhalyasiya üçün maye şəklində təqdim olunur. FMBA-nın rəhbəri Veronika Skvortsova bildirib ki, əgər dərman yüksək effektli olarsa, FMBA burun spreyi şəklində daha iki növ dərman hazırlamağı planlaşdırır.
“Мир-19”un burun versiyası profilaktika üçün hazırlanacaq, o, COVID-19 xəstələri ilə təmasda olan insanları qoruyacaq”, - deyə agentliyin rəsmisi vurğulayıb.