XƏBƏRLƏR Arxiv 1255 Çap et
12.01.2022 / Mühüm hadisələr Professor Ulduz Həşimovaya təbrik məktubları davam edir

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya 28 noyabr 2021-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçirilən 15-ci Zirvə toplantısı çərçivəsində müxtəlif elm və texnologiya sahəsi üzrə İƏT mükafatı təqdim olunması münasibətilə ünvanlanan təbrik məktubları davam edir.

Qeyd edək ki, elm sahəsi üzrə Azərbaycan Respublikasının namizədi, professor Ulduz Həşimova müvafiq medal, sertifikatla təltif edilib. Professora bu münasibətlə dünyanın bir çox ölkə və şəhərlərindən, o cümlədən Türkiyə Cümhuriyyətinin Kütahya Dumlupınar Universitetindən məktub ünvanlanıb. Məktubda Universitetin professoru Dr. Ali Serdar Azərbaycan aliminin bu mötəbər təşkilatın elm sahəsində mükafatına layiq görülməsi münasibətilə təbriklərini çatdırır, Fiziologiya İnstitutu ilə Dumlupınar Universiteti arasında biotibb sahəsində planlaşdırılan birgə elmi tədqiqatların uğurlu olacağına əminliyini vurğulayır.

Həmçinin Rusiya Tibb Elmləri Akademiyasının Sankt-Peterburq Biotənzimlənə və Herontologiya İnstitutunun direktoru, akademik Vladimir Xavinson, “Gerontologiya” elmi-tədqiqat tibb mərkəzi olan muxtar qeyri-kommersiya təşkilatının direktoru, tibb üzrə elmlər doktoru, professor Kirill Prişayev, Rusiyanın İPK FMBA-nın terapiya, geriatriya və yaşlanma əleyhinə tibb kafedrasının müdiri, həmin mərkəzin direktorunun birinci müavini, tibb üzrə elmlər doktoru, professor  Andrey İlnitskiy, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Ağciyər xəstəlikləri Elmi-tədqiqat İnstitutunun Molekulyar Tibb Mərkəzinin rəhbəri, professor İqor Kvetnoy, Ukrayna Milli Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, Milli Tibb Elmləri Akademiyası Gerontologiya İnstitutunun beyin damar patologiyası şöbəsinin müdiri Svetlana Kuznesova professor Ulduz Həşimovaya ünvanlanan təbrik məktubları göndərib. Məktublarda professorun ünvanına səslənən xoş sözlərlə yanaşı,  qarşılıqlı elmi əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inam vurğulanıb. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.