XƏBƏRLƏR Arxiv 1221 Çap et
17.01.2022 / Konfranslar, iclaslar Elmi şuranın onlayn iclası keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda  Elmi Şuranın 2022-ci ildə ilk iclası keçirilib. Online formatda baş tutan iclası institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev açaraq, yeni iş ilinin başlanması münasibətilə əməkdaşları təbrik edib, işlərində uğurlar arzulayıb. Sonra Əhməd Hacıyev şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş 2021-2025-ci illərdə AMEA-da aparılacaq elmi tədqiqat mövzu planı çərçivəsində 2022-ci ildə İnstitutda yerinə yetiriləcək elmi tədqiqat işlərinin əhatəli planı geniş müzakirə edilib və yekdilliklə qəbul olunub. Sonra Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna, RF) direktoru akad. Q.V.Trubnikovun AMEA-nın 1-ci vitse-prezidenti akad. Arif Həşimova ünvanladığı məktubun məzmunu şura üzvlərinin diqqətinə çatdırılıb və təklif olunan birgə məqsədli kadr hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda institutda çalışan işçilərin attestasiyanın keçirilməsi, biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynovun ABŞ-ın Buffalo Universitetində elmi ezamiyyət müddətinin uzadılması haqqında məsələlər də gündəmə gətirilib.

Yekun olaraq iclasda icrası vacib olan məsələlər haqqında tapşırıqlar verildi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.