AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “İnsan və heyvan fiziologiyası” və “Biokimya” ixtisasları üzrə elmlər doktoru hazırlığı keçən doktorant və dissertantların attestasiyası baş tutub.
Attestasiya İnstitutun icraçı direktoru f.-r.e.d., prof. Əhməd Hacıyevin sədrliyi ilə keçib. İnstitutun 7 doktorantından 4-ü,7 dissertantdan 3-ü Attestasiya Komissiyası qarşısında ötən il ərzində yerinə yetirdikləri araşdırmalar haqqında təqdimatla çıxış edib, sonra onların fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələri, konfranslarda iştirakı, nəşriyyat fəaliyyətləri müzakirə edilib. Komissiya üzvləri hər bir doktorant və dissertantın işinə aid tövsiyyələrini bildirdikdən sonra, onların növbəti tədris ilində hazırlıqlarını davam etdirmək haqqında qərar qəbul edilib.
Yüksək səviyyədə təşkil olunan attestasiya bu gün başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.