XƏBƏRLƏR Arxiv 896 Çap et
07.02.2022 / Konfranslar, iclaslar Lütfi Zadənin 100 illiyinə həsr olunmuş tədbir plenar iclaslarla davam etdirilib

Fevralın 5-də dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının yüz illiyinə və elmi irsinə həsr olunmuş VIII Ümumdünya yumşaq hesablamalar konfransı “Qeyri-səlis məntiq və yumşaq hesablama, rəqəmsal intellekt və intellektual texnologiyalar” adlı açılış mərasimindən sonra öz işini plenar iclas və paralel seksiyalarla davam etdirib.

Plenar sessiyada Tip-2 qeyri-səlis sistemlərin optimallaşdırılması: nəzəriyyə və tətbiqlər, Multidissiplinar yumşaq hesablama və tətbiqlərdə qabaqcıl aspektlər, AI, dərin öyrənmə və dərin qeyri-səlis şəbəkə və s. mövzularda məruzələr dinlənilib. Müzakirələrdə professorlar V.Kreinoviç, O.Kastilyo, T.Yamnoı, A.Averkin, Ş.Şahbazova və digər alimlər iştirak ediblər.

Tədbir çərçivəsində Qeyri-səlis məntiq və çoxluqlar, Qeyri-səlis simulyasiya, Qeyri-səlis tanınma və Qeyri-səlis məntiq və tətbiqlər adlı paralel seksiyalar keçirilib. Sözügedən seksiyalarda professorlar B.İbrahimov, A.Rzayev, N.Ağayev, A.Həsənov, dosentlər Ə.Paşayev, H.Cəfərova və s. alimlər tərəfindən 20-ə yaxın elmi məruzə dinlənilib.

www.science.gov.az