XƏBƏRLƏR Arxiv 1178 Çap et
17.02.2022 / Yeni nəşrlər “İmmuno-onkologiya: bioloji əsasları, müasir vəziyyəti, şüa müalicəsi ilə birlikdə istifadə perspektivləri” adlı elmi-tibbi icmal hazırlanıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev və Mərkəzin Şüa müalicəsi şöbəsinin rəhbəri, professor İsa İsayev tərəfindən “İmmuno-onkologiya: bioloji əsasları, müasir vəziyyəti, şüa müalicəsi ilə birlikdə istifadə perspektivləri” adlı elmi-tibbi icmal işlənib hazırlanıb.

Son illərdə dünyanın aparıcı klinikalarında həyata keçirilmiş elmi araşdır­ma­la­rın nəticələrinə əsaslanan icmal immuno-onkologiyanın müasir ümumi problem­lə­rini və radioterapiyanın göstərilən sahədə istifadəsinin imkanlarını əhatə edir.

İm­mu­no-onkologiyanın tədqiqat hədəfi bədxassəli şişlərin irsi onkoloji patolo­giy­a­la­rı da daxil olmaqla etiologiyası, diaqnostikası, proqnozu, hədəf və ya fərdi müali­cə planlarının hazırlanması, eləcə də immun sistemini stimulyasiya etməklə, onun bədxassəli hüceyrələri tanımaq və məhv etmək xüsusiyyətlərini yüksəlt­mək­dir.

İcmal kanserogenez sahəsində araşdırmalar həyata keçirən tədqiqatçılar, həmçinin onkoloji xəstəliklərin profilaktika, diaqnostika, müalicəsi ilə məşğul olan mütəxəsisslər üçün nəzərdə tutulub.

Aztibb.az