XƏBƏRLƏR Arxiv 931 Çap et
22.02.2022 / Mühüm hadisələr Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Fiziologiya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda biologiya ixtisası üzrə istehsalat təcrübəsi keçirlər.

Təcrübə müddətində tələbələrə dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat verilib. Eyni zamanda tələbələr institutun laboratoriyaları və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olurlar.

İlkin olaraq tələbələr institutun “İnteqrativ fəaliyyətin molekulyar əsaslarlı”, “Ekotoksikologiya” və “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyalarının elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.

Qeyd edək ki, istehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.