AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Xocalı soyqrımına həsr olunmuş online toplantı keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutan anım tədbirini Şuranın sədri Nərmin Bağırova açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərin Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu yaddaşın gənclərimiz tərəfindən tariximizin şanlı səhifələri ilə yanaşı gələcək nəsillərə ötürülməsinin vaciblyini bildirdi.
Həmkarlat Komitəsinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsi veteranı Хanağa Babayev çıxış edərək, tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciənin acılarından və bu hadisəyə verilən hüquqi dəyərdən söz açdı.
Sonda tədbirdə iştirak edən gənc institut əməkdaşları, eləcə də Bakı Dövlət Universitetinin tələbələri öz ürək sözləri ilə bölüşdülər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsinin heç vaxt unudulmayacağını, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında yaxından iştirak edəcəklərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.